Cənubi Koreya gizli şəkildə Ukraynaya yüz minlərlə artilleriya mərmisi göndərib

Cənubi Koreya gizli şəkildə Ukraynaya yüz minlərlə artilleriya mərmisi göndərib

25 May 2023 17:49
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreya Vaşinqtonla Ukraynaya artilleriya mərmilərinin verilməsi ilə bağlı məxfi razılığa gəlib və yüz minlərlə sursata böyük bir partiya göndərib.

Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

KİV bildirir ki, tərəflər bu məsələdə ortaq məxrəcə bir ildən çox müzakirələrdən sonra gəliblər. Bu, ölkə prezidenti Yun Sok Yolun aprel ayında Vaşinqtonda Amerika lideri Co Bayden ilə görüşündən sonra baş verib.

Xüsusilə, 2022-ci ildə ABŞ Cənubi Koreyanı Kiyevə sursat qoymağa çağırdı, lakin Seul oxşar təşəbbüsə olduqca soyuq yanaşdı.

Mayın 18-də Müdafiə Nazirliyinin nümayəndəsi Çon Ha-Kyu bildirib ki, Cənubi Koreya Pentaqonla döyüş sursatlarının ixracı ilə bağlı danışıqlar aparıb, lakin o danışıqların mahiyyəti barədə susmağa üstünlqük verib.

Əziz Salamoğlu