Minanın bir parçası ürəyin altına düşdü: Budanov ilk dəfə ağır yaralanmasından danışdı

Minanın bir parçası ürəyin altına düşdü: Budanov ilk dəfə ağır yaralanmasından danışdı

25 May 2023 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ilk dəfə Donbasda baş verən ağır yaralanmadan danışdı.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın Baş kəşfiyyatçısı NV jurnalistlərinə bildirib. O deyib ki, Donbasdakı xüsusi əməliyyat zamanı ümumilikdə üç xəsarət alıb. Onlardan biri ağır idi - bir mina parçası ürəyin altına düşdü.

"Bədəndən çıxarıla bilməz, təhlükəlidir. Arxam, boynum deşildi. Cəbhə xəttindən öz gücüm ilə təxminən 5 km məsafə getdim və sonra yıxılaraq hüşumu itirdim. Məni özümüzünkülər xilas edərək xəstəxanya gətirdilər. Müalıcə zamanı dedilər ki, yaranız ağırdır, amma prinsipcə yaşaya bilərsiniz" deyə Budanov vurğulayıb. Amma bu yaranı nə vaxt aldığını deməyib.

Nəşr qeyd edir ki, Budanova qarşı qorxu və nifrət ruslarda güclüdür. Ruslar on dəfədən çox onun həyatına sui-qəsd təşkil ediblər. Məsələn, 2019-cu ildə rus qatil Budanovun şəxsi avtomobilinin altına mpartlayıcı qoyub. Ancaq xoşbəxtlikdən partlayıcı vaxtından tez işə düşüb və Budanov sağ qalıb.

Əziz Baş Göynüklü