Putinə siqnal: NATO-nun ən böyük təlimlərinə hazırlıq gedir

Putinə siqnal: NATO-nun ən böyük təlimlərinə hazırlıq gedir

25 May 2023 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın himayəsi altında NATO, Air Defender 23 adlı ən böyük hərbi təlimlər keçirməyə qərar verdi və bununla da vəziyyətin kəskinləşməsi halında Rusiya və prezident Vladimir Putinə blokun döyüş hazırlığı barədə siqnal verdi.

Oxuməni.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

"Bundesver NATO tarixində ən böyük hərbi hava təlimlərinə hazırlaşır. ... Şübhəsiz ki, bu hadisə Rusiya və prezident Vladimir Putin üçün bir siqnal olacaq",-deyə məlumatda bildirilir.

Nəşrin istinad etdiyi Almaniya Hərbi Hava Qüvvələrinin Qərargah rəisi İnqo Gerhartsın sözlərinə görə, təlimlərin məqsədlərindən biri vəziyyət pisləşəcəyi təqdirdə NATO-nun buna mümkün reaksiyasını nümayiş etdirməkdir.

Əziz Mustafa