ABŞ təsdiqlədi: Ukrayna NASAMS sistemlərini alacaq

ABŞ təsdiqlədi: Ukrayna NASAMS sistemlərini alacaq

25 May 2023 09:45
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Ukraynaya 285 milyon dollar dəyərində NASAMS zenit-raket sistemi və əlaqədar avadanlıqların satışını razılaşdırıb. Müvafiq sənəd ABŞ Dövlət Departamenti tərəfindən təsdiqlənib.

Oxuməni.az xəbər verir ki,bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə təhlükəsizliyi əməkdaşlıq Agentliyi bildirib.

Ukrayna hökuməti NASAMS Milli perspektivli zenit-raket sistemi və ona daxil olan AN/MPQ-64F1 Sentinel radar, yanğın paylama mərkəzi (FDC), başlatma qurğuları, GPS qəbulediciləri, alət dəstləri, ilkin mühərriklər alınmasını və bu müstəvidə onlara ABŞ hökuməti və podratçılarından texniki dəstək istəyib.

"Təklif olunan bu satış, Avropadakı siyasi sabitlik və iqtisadi tərəqqinin gücü olan tərəfdaş ölkənin təhlükəsizliyini artıraraq ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik hədəflərini dəstəkləyəcək"-deyə Agentlik vurğulayıb.

Dövlət Departamenti qeyd edib ki, Ukraynanın Rusiyanın raket zərbələrindən və aviasiyasından qorunma imkanlarını artırması lazımdır. Bu potensialın alınması və səmərəli yerləşdirilməsi Ukraynanın öz xalqını və kritik Milli infrastrukturu qorumaq qabiliyyətini artıracaqdır.

Əziz Baş Göyünüklü