Beş ayda bir milyon insan evini tərk edib

Beş ayda bir milyon insan evini tərk edib

25 May 2023 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Son 5 ayda 1 milyon insan Somalidə evlərini tərk edərək başqa bölgələrə köçmək məcburiyyətində qalıblar. Norveç Qaçqınlar Şurasının Somali direktoru Məhəmməd Abdi ölkədə daxili miqrasiyanın həyəcanverici səviyyəyə yüksəldiyinə diqqət çəkib.

Son 5 ayda 1 milyon insanın evini tərk edib köç etmək məcburiyyətində qaldığını bildirən Abdi, bunun önümüzdəki aylarda arta biləcəyindən narahat olduqlarını vurğulaıb.

Abdi qeyd edib ki, Əl-Şəbab terror təşkilatının yaratdığı təhlükəsizlik problemi ilə yanaşı, ölkədəki daxili köçdə quraqlıq və sel kimi təbii fəlakətlər də təsirli olub. Ən çox immiqrasiya nisbətinə malik bölgələrin ölkənin ortasındakı Hiran və cənubdakı Gedo olduğu barədə məlumatı paylaşan Abdi, ölkədəki daxili köç sayının 3,8 milyonu keçdiyini sözlərinə əlavə edib.

Murad Şahməmmədov