Arşakyan: Siz demək istəyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir?

Arşakyan: Siz demək istəyirsiniz ki, Şuşa Ermənistanın ərazisidir?

24 May 2023 16:26
Bəyəndim (0) Bəyənmədim (0)

Sülh müqaviləsində iki məsələyə - Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünə və bir-birinə ərazi iddialarının olmamasına, habelə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarına toxunulmalıdır.

Oxuməni.az xəbər verir ki, bunu hakim Vətəndaş müqaviləsi partiyasından Milli Məclisin vitse-spikeri Akop Arşakyan Ermənistan parlamentində jurnalistlərlə söhbətində bildirib.

"Ermənistan Azərbaycana heç bir ərazi tələbi olmayan mövqeyə sadiqdir. Siz jurnalistlərin Azərbaycana qarşı ərazi iddiaları varmı? Siz demək istəyirsiniz ki, Şuşa Ermənistan ərazisidir? Dövlət sərhədlərini və dövlətlərimizə məxsus əraziləri dəqiqləşdirmək lazımdır ", - deyə Arşakyan bildirib.

Regionda yeni müharibənin mümkün olub-olmaması sualına parlamentin vitse-spikeri cavab verdi ki, müharibə mümkündür, ola bilsin ki, sülh müqaviləsi imzalanmasin, çünki bölgəmizdə hər hansı məsələyə olduqca həssas münasibət var.

Arşakyanın sözlərinə görə, hakimiyyətin mövqeyi (Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması haqqında) cəmiyyət tərəfindən qəbul edilir: "Ermənistanda bu məsələyə soyuq başla, emosiyasız baxılmalıdır."

Əziz Salamoğlu, Oxuməni.az