Şoyqu Belqorod hadisələri ilə bağlı bəyanat verib

Şoyqu Belqorod hadisələri ilə bağlı bəyanat verib

24 May 2023 21:28
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya hərbçiləri Ukrayna» qüvvələrinin Belqorod vilayətinə hücum kimi hərəkətlərinə «son dərəcə sərt reaksiya verəcəklər.

Oxuməni.az xəbər verir ki, bu barədə İnterfaks-ın yaydığı məlumatda deyilir.

"Ukraynalı yaraqlıların bu cür hərəkətlərinə bundan sonra da operativ və son dərəcə sərt reaksiya verəcəyik", - deyə Interfaks Rusiya nazirinin sözləriniə istinadən bildirib.

Şoyqunun sözlərinə görə, Rusiya Federasiyasının ərazisinə hücum edən birləşmələrə edilən zərbələr nəticəsində 70-dən çox insan öldürülüb, avtomobil və zirehli texnikalar məhv edilib.

"Əks-terror əməliyyatı zamanı aviasiya zərbələri, artilleriya atəşi və Qərb hərbi dairəsinin dövlət sərhədini örtmək bölmələrinin fəal hərəkətləri ilə millətçi birləşmələr bloklanaraq məğlub edildi", - deyə Şoyqu əlavə edib.

Əziz Baş Göynüklü