ABŞ Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını bəyənib

ABŞ Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını bəyənib

24 May 2023 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya bürosunun rəhbəri Erin Elizabet Makki Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması barədə bəyanatını tərəqqi adlandırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Vaşinqton Post qəzetinin yaydığı məlumatda deyilir.

Erin Elizabet Makki: "Ermənistanın Baş naziri dörd saatlıq mətbuat konfransında ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün tanındığını açıq elan edib. Bu, tərəflərin müzakirə etdiyi ilk məqam idi. O bildirib ki, Qarabağ 1975 – ci il SSRİ Baş Qərargahının xəritəsində göstərilən sərhədə qayıtmalıdır", - deyib.

Əziz Salam