
Dronlar Türkiyə sahillərində Rusiya gəmisinə hücum edib
Rusiyaya məxsus "İvan Xurs" kəşfiyyat gəmisi Bosfor boğazından keçdikdən sonra Qara dəniz akvatoriyasında üç pilotsuz təyyarənin hücumuna məruz qalıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiyanın Teleqram Baza kanalının yaydığı məlumatda deyilir.
Məlumatda gəminin mayın 24-də səhər saatlarında hücuma məruz qaldığı bildirilir. Dənizçilər hücumu uğurla dəf edə biliblər, gəmi zərər görməyib.
Qeyd edək ki," İvan Xurs " hazırda Rusiya donanmasının tərkibində ən müasir kəşfiyyat gəmisidir.
Əziz Salam
Digər xəbərlər