Meşə yanğınları iki milyon hektar ərazini məhv etdi

Meşə yanğınları iki milyon hektar ərazini məhv etdi

24 May 2023 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadada şiddətli meşə yanğınları Albertada iki milyon hektardan çox ərazini yandırıb. Avstraliya və Yeni Zelandiya alovun qarşısını almaq üçün yardım göndərməyə hazırlaşır.

Kanadanın qərbindəki şiddətli meşə yanğınları Ontario gölünün təxminən yarısı qədər olan Albertada iki milyon hektardan çox ərazini məhv edib. Rekord yüksək temperatur və az yağıntının səbəb olduğu bölgədə qeydə alınan ən güclü meşə yanğını təbiətə böyük ziyan vurub.

Alberta təbiət yanğınları mütəxəssisi Kristi Taker çərşənbə axşamı bildirib ki, artıq yanğınlarla mübarizə aparan bir neçə min yanğınsöndürənə qoşulacaq Avstraliya və Yeni Zelandiya yanğınsöndürənlərindən kömək tezliklə gələcək.

Rəsmilər əyalətin yangına qarşı yüksək hazırlıq vəziyyətində qalacağını bildiriblər. Bu il Albertada yüksək temperatur və yağışın olmaması səbəbindən geniş yayılmış yanğınlar on minlərlə insanı evlərini tərk etməyə məcbur edib. Albertanın meşə yanğınları ilə bağlı məlumat bölməsinin məlumatına görə, indiyə qədər dəymiş ziyan ötən illə müqayisədə artıq bir neçə min dəfə çoxdur.

Murad Şahməmmədov