Əhaliyə “Quş qripi” xəbərdarlığı edildi

Əhaliyə “Quş qripi” xəbərdarlığı edildi

24 May 2023 12:18
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyada quş qripinə yoluxma hallarından sonra ölkədə heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edilib. BBC-nin xəbərinə görə, Braziliyanın Kənd Təsərrüfatı Naziri Karlos Favaro, xüsusilə Espirito Santo və Rio-de-Janeyro əyalətlərində vəhşi quşlarda çox sayda quş qripi faktı aşkar edildikdən sonra ölkədə 6 aylıq heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri qeyd edib ki, bu hallar Braziliyanın cənubundakı istehsal sahələrindən uzaqda müşahidə olunub. İllik təxminən 10 milyard dollarlıq toyuq əti ixracatı ilə dünyada birinci yerdə olan Braziliya, xəstəliyin “ticarət heyvanlarına” keçməsi halında həm heyvanların kəsilməsi, həm də digər ölkələrdən gələn ticarət məhdudiyyətləri səbəbiylə ixracatın itirilməsindən çox narahatdır. Dünya 2021-ci ilin oktyabr ayından bəri ən pis quş qripi epidemiyasını yaşayır və həmişəkindən daha çox vəhşi quşu öldürür. Bundan əlavə, bəzi məməlilərin də xəstəliyə yoluxduğu bildirilir.

Murad Şahməmmədov