
Ukrayna Rusiyanın digər sərhəd bölgələrində də hərbi əməliyyatlar həyata keçirəcək
Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəni bitirənə qədər Rusiyanın digər sərhəd bölgələrində də hərbi əməliyyatlar həyata keçirəcə.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.
"Bryansk, Kursk, Voronej vilayəti və digər ərazilər – təhlükəsiz ola bilməzlər... üstəlik, əminəm ki, bu, qələbəmiz üçün davamlı bir proses olacaq",- deyib Danilov.
UNİAN yazır ki, Danilov bu açıqlamanı RDK və Rusiya Federasiyasındakı "Rusiya azadlığı" Legionunun əməliyyatı fonunda verib.
RDK və Legion döyüşçülərinin sözlərinə görə, onlar Rusiya ilə Ukrayna arasında silahsızlaşdırılmış zona yaratmaq, Rusiya xalqlarına müqavimət mərkəzlərinin yaradılması və hakimiyyətə qarşı mübarizənin mümkün olduğunu göstərmək istəyirdilər.
Əziz Göynüklü, Oxuməni.az