Almaniyada Abrams tanklarında 250-yə yaxın Ukrayna hərbçisi təlim keçəcək

Almaniyada Abrams tanklarında 250-yə yaxın Ukrayna hərbçisi təlim keçəcək

24 May 2023 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Almaniyaya gələn Abrams tanklarında 250-yə yaxın Ukrayna hərbçisi təlim keçəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə mayın 24-də yayımlanan "Amerikanın səsi" şərhində anonimlik şərtilə təlimlərin gedişi ilə tanış olan yüksək rütbəli hərbi mənbə bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri bu həftə təlimlərə gələcəklər.

Həmsöhbətin sözlərinə görə, Almaniyada təlim təxminən 10 həftə davam edəcək və ukraynalılara tankları döyüşdə necə idarə etmək və manevr etmək və bu texnikaya necə xidmət etmək barədə məlumat veriləcəkdir.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder "Amerikanın səsi"nə bildirib ki, ABŞ Silahlı Qüvvələri Ukrayna hərbçilərinə gələn həftə və ya daha sonra Abrams M1A1 tanklarını idarə etməyi öyrədəcəklər.

Əziz Salamoğlu, Oxuməni.az