ABŞ prezidentini öldürmək istədi: Ağ Evdəki hadisənin təfərrüatları məlum olub

ABŞ prezidentini öldürmək istədi: Ağ Evdəki hadisənin təfərrüatları məlum olub

24 May 2023 11:42
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 22-də Vaşinqtondakı Ağ evin yaxınlığındakı hasarlara çırpılan yük furqonunun sürücüsü prezidenti öldürmək istədiyini bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə NBC məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə görə, Missuri ştatının 19 yaşlı sakini Sai Varşit Kandula yarım il ərzində hücumu planlaşdırıb.

Hadisə bazar ertəsi axşam baş verib, Ağ Evin mühafizəçilərindən və ya işçilərindən heç biri xəsarət almayıb.

Dindirmə zamanı Kandula "nasistlərə heyran olduğunu" və "hakimiyyəti ələ keçirmək"istədiyini bildirdi. Gənc adam Hitleri heyran olduğu "güclü lider" adlandırdı.

Məqsədinin "Ağ evə girmək, hakimiyyəti ələ keçirmək və millətə cavabdeh olmaq"olduğunu da söylədi. Agentlər Kandulanın hakimiyyəti necə ələ keçirəcəyini soruşduqda, o, prezidenti öldürəcəyini və qarşısına çıxan hər kəsə zərər verəcəyini söyləyib

Kandula, prezidenti öldürmək niyyəti ilə yanaşı Federal əmlaka ziyan vurmaq və qorunan əraziyə qanunsuz girməkdə ittiham olunur

Əziz Mustafa, Oxuməni.az