Avstriya Rusiyanı dünyanın ən böyük təhlükəsi adlandırıb

Avstriya Rusiyanı dünyanın ən böyük təhlükəsi adlandırıb

23 May 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya dünya üçün hələ uzun illər ciddi təhlükə mənbəyi olaraq qalmaqda davam edəcəək. Ona görə də Ukraynanın Qərbin təhlükəsizliyinin təminatına ehtiyacı var.

Oxuməni.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şollenberq Almaniyanın Die Velt qəzetinə müsahibəsində bildirib.

Avstriya diplomatiyasının rəhbəri bildirib ki, cari onilliyin sonuna qədər Rusiyada siyasi rəhbərliyin dəyişməsi ehtimalı azdır. "Mən hesab etmirəm ki, Rusiyada siyasi sistem və siyasi rəhbərlik bu onilliyin sonuna qədər əhəmiyyətli dərəcədə dəyişəcək. Rusiya ilə münasibətlərimiz qarşılıqlı inamın olmaması səbəbindən korlanmaqda davam edəcək",-deyə Şollenberq bildirib

O əlavə edib ki, "Qərb, o cümlədən Ukrayna" gələcəkdə Rusiyanın müxtəlif müqavilələrə əməl edəcəyinə etibar edə bilməyəcək.

Avstriyalı diplomatın sözlərinə görə, Qərb Ukraynada müharibə cinayətləri törətmiş rusların təqibində, habelə "Rusiyanın siyasi rəhbərliyinin müharibə cinayətlərinə və təcavüz cinayətlərinə görə məsuliyyətə cəlb edilməsində"möhkəm olmalıdır.

Əziz Göynüklü