Paşinyan narkomaniya ilə əlaqədə ittiham olunur

Paşinyan narkomaniya ilə əlaqədə ittiham olunur

18 May 2023 21:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın siyasi elitasının himayəsi olmadan böyük narkotik dövriyyəsi mümkün olmazdı. Oxuməni.az xəbər verir ki, bunu jurnalistlərə "Ermənistan" blokunun nümayəndəsi Andranik Tevanyan deyib.

Erməni deputatın sözlərinə görə, Ermənistanda narkotiklərin dövriyyəsi təxminən 4 tona çatıb ki, bu da təxminən 1 milyard dollar təşkil edir.

Xatırladaq ki, bundan əvvəl İtaliya maliyyə Qvardiyası Goya-Tauro limanında (Kalabriya) konteynerlərdə 2,734 ton kokain aşkar etmişdi. Yük Ekvadordan gürcüstanlı Batumi vasitəsilə Ermənistana gedib, narkotik maddə banan qutularında gizlədilib.

Əziz Baş Göynüklü, Oxuməni.az