Çavuşoğlu Almaniyanı tənqid etdi
Almaniya hakimiyyəti Türkiyə Mərkəzi Seçki Komissiyasına Türkiyədə keçirilən prezident və parlament seçkilərində doqquz bölgədə əlavə seçki qutuları quraşdırmağa icazə verməyib.
Oxuməni.az xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu A Haber telekanalının efirində bildirib.
"MSK - ya bildirdik ki, o, nümayəndəliyimiz olmayan, lakin bir çox vətəndaşımızın yaşadığı və səs vermək üçün uyğun şəraiti olan şəhərlərdə (xarici ölkələrdə) qutular quraşdıra bilər. Bir sıra ölkələrdə biz bunu etmişik. ABŞ-da Avstriya, Hollandiya və Fransada daha iki seçki məntəqəsi açıldı. Almaniyada isə çox sayda vətəndaşımızın yaşadığı doqquz bölgədə seçki komissiyalarının təşkilinə icazə verilməyib", - deyə nazir bildirib.
O qeyd edib ki,"bu cür hərəkətlərin səbəbi məlumdur". "Bu bölgələrdə səslərin əksəriyyəti Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan) üçün verilir. Almaniya bunu əvvəlki seçkilərdən bilir. Buna görə də Almaniya hakimiyyətinin bu davranışını qəsdən hesab edirəm. Mən bu vəziyyəti Almaniyanın xarici işlər naziri ilə müzakirə etmək istədim, amma cavab olmadı. Hətta telefonla da danışa bilmədilər. İndi də aydın oldu ki, ikinci turda prezident Ərdoğan qalib gələcək, onlar da buna mane olmaq üçün əllərindən gələni edirlər", - deyə Çavuşoğlu bəyan edib.
Əziz Baş Göynüklü, Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















