ABŞ rusiyalı haker üçün 10 milyon dollar təklif edir
Dövlət Departamenti transmilli mütəşəkkil cinayətkarlıqda iştirakına görə Rusiya vətəndaşı Mixail Matveyevin həbsinə səbəb olan məlumatlara görə 10 milyon ABŞ dollarına qədər mükafat təklif etdiyini açıqladı.
Oxuməni.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir
Dövlət Departamentinin bəyanatında vurğulanır ki, ABŞ Matveyevə qarşı kiberhücumlardakı roluna görə Amerikanın hüquq-mühafizə orqanlarına, müəssisələrinə və kritik infrastrukturuna qarşı yönəlmiş pozuculuq fəaliyyəti üçün tədbirlər görür.
Qeyd olunur ki, yuxarıda göstərilən tədbirlərlə əlaqədar ədliyyə Nazirliyi Kolumbiya dairəsində və Nyu-Cersidə Matveyevə qarşı iki ittiham aktı dərc edib. Maliyyə Nazirliyi Matveevə qarşı maliyyə sanksiyaları tətbiq edib.
Əziz Salamoğlu, Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















