İqor Strelkov: Cəbhədə Rusiyanı yaxşı heç nə gözləmir
Donbass separatçılarının keçmiş komandiri İqor Strelkov (Girkin) Ukraynadakı Rusiya hərbçiləri üçün məyus bir proqnoz verdi.
Oxuməni.az xəbər verir ki, o, Ukrayna Ordusunun əks-hücumunun Rusiyaya fəlakət yaşada biləcəyi barədə xəbərdarlıq edib.
"Qorlovka Ukrayna Ordusu tərəfindən şiddətli atəşə tutulur. Bəlkə hücum başladı və ya başlamaq üzrədir. Xatırladıram: Cəbhədə əsas zərbəni Zaporojyeyə, köməkçi zərbənin isə Xerson və (bəlkə də) Donetskə vurulmasını proqnozlaşdırdım. Görək-proqnozlarım nə dərəcədə doğruldacaq. Səhv etməkdən məmnun olaram, amma nikbinliyim azdır",-deyə dedi Strelkov bildirib.
O əlavə edib ki, Ukrayna Ordusu "köhnə sərhəddə", xüsusən də Belgorod, Bryansk və Kursk bölgələrində bir neçə yaşayış məntəqəsini ələ keçirmək məqsədi ilə yayındırıcı zərbələr endirə bilər.
Əziz Salam, Oxuməni.az




















































































