Kiyevdə təsdiq etdilər: Ukrayna Ordusu (UO) Baxmut yaxınlığında uğurla irəliləməkdə davam edir

Kiyevdə təsdiq etdilər: Ukrayna Ordusu (UO) Baxmut yaxınlığında uğurla irəliləməkdə davam edir

12 May 2023 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Müdafiə Nazirliyi ilk dəfə UO-nun Baxmut istiqamətində iki kilometr irəlilədiyini təsdiqlədi. Oxuməni.az xəbər verir ki, bu barədə nazir müavini Anna Malyar telegram kanalında yazıb.

Ukrayna Ordusunun Baxmutda iki kilometrə qədər irəliləməsi barədə məlumatlar 9 mayda ortaya çıxdı. İlk öncə bu, PMK "Vaqner" tərəfindən səsləndirildi və sonra UO-nun ayrı-ayrı komandirləri tərəfindən təsdiqləndi.

Eyni zamanda, Malyar dünən Baxmut yaxınlığındakı Ukrayna qüvvələrinin digər irəliləyişləri barədə Rusiya və Ukrayna teleqram kanallarının yazdıqları şayiələrə münasibət bildirməyib.

Ukrayna Müdafiə nazirinin müavininin sözlərinə görə, bu həftə Baxmutda heç bir mövqe itirilməyib.

Əziz Salamoğlu, Oxuməni.az