Priqojin Ukrayna Ordusunun əks-hücumunun başladığını elan etdi

Priqojin Ukrayna Ordusunun əks-hücumunun başladığını elan etdi

11 May 2023 21:18
Bəyəndim (0) Bəyənmədim (0)

PMK rəhbəri " Vaqner son bir ayda gözlənilən Ukrayna əks-hücumunun tam sürətlə getdiyini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Ukrayna Ordusu bölmələri cinahlara girir və təəssüf ki, bəzi yerlərdə bunu uğurla edirlər",-deyə Priqojin bildirib.

Priqojin, Ukrayna ordusunun Baxmut istiqamətində uğur qazanacağı təqdirdə Rusiya ərazisinə hücum edəcəyini idida edib : "Əvvəlcə Ukrayna ordusu Artemovsk (Baxmut) şəhərini alacaq və bundan sonra b Zaporojye, Bryansk və Belqorod bölgələrinə hücum edəcək."

Priqojinin bu cür nəticələrə nəyə əsasən gəldiyi aydın deyil. Ukrayna hakimiyyəti dəfələrlə Krım da daxil olmaqla ərazilərini geri qaytarmaq istədiklərini, ancaq başqa ölkənin ərazilərini ələ keçirmək niyyətində olmadığını bəyan edib.

Əziz Salamoğlu, Oxuməni.az