Baş nazir gözlənilməz şəraitdə həbs edildi

Baş nazir gözlənilməz şəraitdə həbs edildi

10 May 2023 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda hərbiləşdirilmiş qoşunlar tərəfindən həbs edilib. Pakistan Ədalət Hərəkatı Partiyasının lideri Xanın vəkillərindən biri Faysal Çaudri məlumatı təsdiqləyib. Xanın niyə həbs olunduğu hələ də aydın deyil, ona qarşı 90-dan çox iddia qaldırılıb. Pakistan Ədalət Hərəkatı Partiyasının siyasətçilərindən biri Musarrat Cima, İmran Xanın işgəncələrə məruz qaldığını və hərbiləşdirilmiş qoşunların onu döydüyünü iddia edib. Bütün hadisələrin gedişatı, Xan ona qarşı sui-qəsdin arxasında yüksək səviyyəli bir kəşfiyyat rəsmisini ittiham etdikdən sonra baş verib. Aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın partiyası 174 “yox” səsi ilə geriləyib. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Murad Şahməmmədov