Belçikada  terror aktını planlaşdırmaqda şübhəli bilinən yeddi nəfər saxlanılıb.

Belçikada terror aktını planlaşdırmaqda şübhəli bilinən yeddi nəfər saxlanılıb.

5 May 2023 18:47
Bəyəndim (0) Bəyənmədim (0)

Belçikada İŞİD terror qruplaşmasını dəstəkləməkdə və terror aktını planlaşdırmaqda şübhəli bilinən yeddi nəfər saxlanılıb.

Oxuməni.az xəbər verir ki, saxlanılanların demək olar əksəriyyəti Çeçenistandan olanlardır. Onlardan üçünün Belçika vətəndaşlığı var və terrorçu İŞİD-in qızğın tərəfdarları hesab edilirlər. Bəziləri əvvəllər kiçik cinayətlərə görə mühakimə olunub.

"Planlaşdırılan hücumun dəqiq məqsədi hələ müəyyənləşdirilməyib",-deyə Belçika Prokurorluğu bildirib.

İlkin məlumatlara görə, şübhəlilər Belçikada yerləşən qurumlardan birinə hücum etmək niyyətində idilər və bu məqsədlə silah əldə etmək istəyirdilər.

Əziz Salam, Oxuməni.az