Rusların Xersona kütləvi zərbəsi nəticəsində onlarla ölü və yaralı var
Rusların Xerson şəhərini və Xerson bölgəsini atəşə tutması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Oxuməni.az xəbər verir ki,bu barədə Xerson regional hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin telegramda bildirib.
"Ötən gün ərzində düşmən 98 atəş açıb, ağır artilleriya, Grad, tank, İHA və aviasiyadan 539 mərmi atıb", - Prokudin bildirib.
Xüsusilə, Xerson şəhəri 16 dəfə atəşə tutulub. Atəş zamanı Rusiya hərbçiləri bölgənin yaşayış məntəqələrini və obyektlərini hədəfə götürüblər.
"Rusların atdığı 82 mərmi yaşayəş evlərinə dəmir yolu stansiyasına, yanacaqdoldurma məntəqəsinə, iki ticarət müəssisəsinə, zavodun və avtomobil təsərrüfatının stansiya ərazisinə, ərazisinə və tikililərinə ciddi zərər vurub. Nəticədə ölən vəyaralanananların sayı artmaqda davam edir"-deyə rəsmi məlumatda bildirilir.
Ümumilikdə, Rusiya tərəfindən son atəş nəticəsində 23 nəfər öldü, 46 nəfər yaralandı. Ölənlərdən ikisi uşaqdır.
Əziz Salam, Oxuməni.az




























.jpg)
.jpg)
.jpg)





























.jpg)
.jpg)
.jpg)





















