İsrail IRGC-nin yüksək rütbəli zabitini məhv etdi

İsrail IRGC-nin yüksək rütbəli zabitini məhv etdi

31 Mart 2023 19:28
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Suriyada İran mövqelərinə raket zərbələri endirməkdə davam edir.

İran mediası yazır ki, İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitini məhv edib.

Oxuməni.az xəbər verir ki, bu gün səhər tezdən Dəməşqin kənarındakı İran qüvvələrinə vurulan zərbə nəticəsində IRGC-nin yüksək rütbəli hərbi məsləhətçilərindən biri Rəşid İslam Heydəri məhv edilib.

Martın 30-da və 31-də Suriyanın hökumətyönlü KİV-ləri İsrailin Dəməşqə hava hücumu barədə məlumat veriblər. Suriya KİV-in məlumatına görə, hava hücumu nəticəsində iki Suriyalı hərbçi yaralanıb. Hücum yerindəki infrastruktura da ziyan dəyib. Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, hücum nəticəsində ölənlər olub.

Əziz Mustafa, Oxuməni.az