FTX  Wall Street Journal  nəşrinin  müxbiri Evan Gerşkoviçi həbs edib

FTX Wall Street Journal nəşrinin müxbiri Evan Gerşkoviçi həbs edib

30 Mart 2023 16:41
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX( Wall Street Journal nəşrinin müxbiri Evan Gerşkoviçin Yekaterinburqda həbs edildiyi barədə məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, FTX-nin məlumatına görə, amerikalı ABŞ-ın tapşırığı ilə dövlət sirri hesab edilən Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplamaqla məşğul idi.

Faktla bağlı Gerşkoviçə qarşı casusluqla məşğul olma ittihamı irəli sürülüb.

"Evan Gerşkoviç Yekaterinburqda saxlanılıb və ona qarşı casusluq ittihamı irəli sürülüb. O, ABŞ-ın tapşırığı ilə dövlət sirri təşkil edən Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məlumat toplamaqla məşğul idi",-deyə Federal Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Əziz Mustafa, Oxuməni.az