Afinada yəhudi obyektlərinə silsilə hücumların qarşısı alınıb

Afinada yəhudi obyektlərinə silsilə hücumların qarşısı alınıb

29 Mart 2023 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Afinanın mərkəzində yəhudi restoranına hücum planlaşdırmaqda ittiham olunan iki nəfər həbs edilib.

Oxuməni.az-ın verdiyi xəbərə görə,Yunanıstan paytaxtının polisi həmçinin hesab edir ki, digər yəhudi obyektlərinə hücumlar planlaşdırılıb və bu, çoxsaylı mülki itkilərə səbəb ola bilər.

Şübhəlilər terrorçuluq ittihamı ilə saxlanılıb. Yunanıstanda olmayan üçüncü şəxs də dindirilmək üçün axtarışa verilib.

"Yunanıstan Polisi və Milli Kəşfiyyat Xidmətinin koordinasiya olunmuş hərəkətlərindən sonra, xaricdən gələn rəhbərliyin altında Yunanıstan ərazisində diqqətlə seçilmiş hədəflərə zərbələr planlaşdıran terror şəbəkəsi ləğv edilib. Ölkələrin müxtəlif ərazilərində xidmət, koordinasiyalı əməliyyatlar həyata keçirib. İki xidmət arasında koordinasiya olunmuş bu əməliyyat çərçivəsində şəbəkənin “beyni” kimi xaricdə fəaliyyət göstərən terror təşkilatının üzvləri olan iki əcnəbi həbs edilib, günahsız vətəndaşları öldürmək, həm də ölkənin təhlükəsizlik hissini sarsıtmaq, eyni zamanda onun institutlarına zərər vurmaq və beynəlxalq əlaqələrini təhlükə altına almaq”, - Kathimerini qəzetinin bəyanatında deyilir.

İstintaq çərçivəsində polis Afinada, eləcə də Yunanıstanın cənubunda və qərbdəki Zakintos adasında bir çox ünvanda reyd keçirib.

Hökumət və polis rəsmiləri hər iki şübhəlinin Pakistan əsilli olduğunu və Yunanıstana qonşu Türkiyədən qeyri-qanuni yollarla daxil olduqlarını bildiriblər. Mossad-ın məlumatına görə, onlar İran terror şəbəkəsinin bir hissəsidir.