Ukraynaya işə yaramayan Hava Hücumundan Müdafiə sistemi verilib

Ukraynaya işə yaramayan Hava Hücumundan Müdafiə sistemi verilib

29 Mart 2023 18:28
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa dövlətlərindən birinin Ukraynaya tədarük etdiyi hava hücumundan müdafiə sistemi yararsız çıxıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Associated Press-ə verdiyi müsahibədə deyib. Bunun qəsdən edilib-edilmədiyi hələlik məlum deyil. Amma o da aydındır ki, istənilən halda həmin yararsız hava hücumundan müdafiə sistemini Ukraynaya göndərən ölkə buna görə məsuliyyət daşıyır.

Amma söhbətin hansı ölkədən getdiyi barədə Ukrayna dövlətinin başçısı qeyd etməyib.

Eyni zamanda, Zelenski tərəfdaş ölkələrin köməyini salamladı, lakin vəd edilmiş silahların bir hissəsinin hələ də çatdırılmadığını qeyd etdi. "Patriot ilə bağlı əla həllərimiz var, amma hələ bizdə yoxdur" deyəZelenski vurğulayıb.

Əziz Mustafa, Oxuməni.az