"Biz Ukraynada istədiyimizə nail olacağıq": Patruşev böyük bəyanatla çıxış edib
Biz Ukraynada istədiyimizə nail olacağıq və bütün düşmənlərimizi diz çıkdürəcəyik.
Oxuməni.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O əminliklə bildirib ki, ABŞ və Qərb ölkələrinin Ukraynaya hərbi yardımına baxmayaraq, Rusiya "xüsusi əməliyyat" məqsədlərinə çatacaq.
Patruşevin sözlərinə görə, Ukrayna tərəfində Ramşteyn koalisiyasına daxil olan 50-yə yaxın ölkə iştirak edir.
"NATO ölkələrinin ərazisində Ukrayna hərbçiləri fəal şəkildə hazırlanır. Ramstein koalisiyasına daxil olan 50 - yə yaxın ölkə Kiyev rejiminin tərəfində silahlı qarşıdurmada iştirak edir",- deyə o bəyan edib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ukraynanın silahsızlaşdırılmasına, denazifikasiyasına nail olacağıq və Rusiya Federasiyasının ərazi bütövlüyünü və əhalimizin təhlükəsizliyini təmin edəcəyik.
Əziz Mustafa, Oxuməni.az



























































.jpg)
.jpg)
.jpg)











.jpg)









