Rusiya XİN: Kiyev Belarus rəhbərliyini devirmək istəyir
.

Rusiya XİN: Kiyev Belarus rəhbərliyini devirmək istəyir .

29 Mart 2023 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva "respublikanın hazırkı rəhbərliyini devirmək üçün Ukraynadan Belarusa millətçi təxribat qruplarının yeridilməsi"ehtimalını istisna etmir.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, son aylarda Ukrayna Silahlı Qüvvələrinin tərkibində Donbasda döyüşən və Kiyev hakimiyyəti və onların qərb kuratorları tərəfindən fəal şəkildə dəstəklənən Belarus millətçi birləşmələrinin nümayəndələrinin ritorikası xeyli sərtləşib.

"Bu muzdlu quldurların liderləri və komandirləri açıq şəkildə deyirlər ki, gələcəkdə döyüş təcrübələrini mövcud Belarus rəhbərliyini zorla devirmək üçün tətbiq etməyi planlaşdırırlar. Bu baxımdan bu cür təxribat qruplarının respublikaya yeridilməsini istisna etmək olmaz", - deyə o bildirib.

Əziz Mustafa, Oxuməni.az