Ukrayna Ordusu  Melitopola raket zərbələri endirib

Ukrayna Ordusu Melitopola raket zərbələri endirib

29 Mart 2023 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın işğal etdiyi Ukrayna Melitopolunda partlayışlar baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə telegramda şəhər meri İvan Fedorov bildirib.

"Bir anda şəhərin bütün bölgələrində bir neçə partlayış eşidilir. İşğalçılar təlaş keçirirlər. Baş Qərargahdan təfərrüatları gözləyirik ",- deyə o bəyan edib.

Eyni zamanda, müxtəlif mənbələr aerodrom bölgəsində bir neçə güclü partlayış olduğunu bildirib.

Bir müddət sonra Rusiya mediası şəhərin təcili xidmətlərinə istinadən zərbənin Lokomotiv deposuna endirildiyini yazıb.

Rusların hərbi bazaya çevirdikləri Melitopoldakı hərbi aerodrom və lokomotiv anbarı şəhərin şimal-qərb hissəsində bir-birinə yaxındır. Həmin obyektlərin hansı vasitələrlə vurulduğu hələ məlum deyil.

İşğalçı hakimiyyətin nümayəndələri, Ukrayna ordusunun işğal olunmuş Melitopoldakı hədəflərə vurduğu zərbədən sonra şəhərdə elektrik enerjisinin kəsildiyini bildiriblər.

Əziz Mustafa, Oxuməni.az