Zelenski: Baxmutun itirilməsi Ukrayna üçün fəlakət ola bilər

Zelenski: Baxmutun itirilməsi Ukrayna üçün fəlakət ola bilər

29 Mart 2023 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Baxmutun itirilməsi Ukrayna üçün fəlakət ola bilər.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Associated Press-ə müsahibəsində deyib. O bildirib ki, Baxmut şəhərinin müdafiəsi hərbi və siyasi tərəfdən Ukrayna üçün vacibdir, çünki şəhərin itirilməsi kompromis axtarışına təzyiq göstərə bilər.

Zelenski bildirib ki, Baxmut itiriləcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putin bu "qələbədən" mütləq öz xeyrinə istifadə edəcək. Onun sözlərinə görə, Rusiya lideri "bu qələbəni Qərbə, cəmiyyətinə, Çinə və İrana satacaq".

" Putin zəif olduğumuzu hiss edərsə yeni ərazilərimizi işğal etməyə şirniklənəcək",-deyə Ukrayna Prezidenti bəyan edib.

Zelenski, Baxmutdakı məğlubiyyətdən gələn təzyiqin ağır olacağını söyləyib. Onun sözlərinə görə,həm beynəlxalq ictimaiyyət, həm də Ukrayna daxilində Ukraynaya təzyiqlər artacaq: " Məğlub olsaq cəmiyyətimiz özünü ruhdan düşümüş hiss edəcək və məni onlara güzəştə getməyə sövq edəcək"

Onun fikrincə, indi demək olar ki, istənilən məğlubiyyət Ukraynanın müqavimət tempini təhlükə altına qoya bilər.

Ukrayna prezidenti əlavə edib ki, hazırda nə tərəfdaşlardan, nə də ukraynalılardan belə təzyiq hiss etmir.

Əziz Mustafa, Oxuməni.az