Avropa İttifaqı Moldovaya “tam dəstək” vəd edir

Avropa İttifaqı Moldovaya “tam dəstək” vəd edir

29 Mart 2023 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Şurasının prezidenti Çarlz Mişel Kişinyova rəsmi səfəri zamanı əmin edib ki, Moldova Rusiyanın hərbi təcavüzü qarşısında Aİ-nin tam dəstəyinə arxalana bilər.

Oxuməni.az xəbər verir ki, o, Aİ-nin ölkəyə bir milyard avrodan çox yardım etdiyini və yeni paket hazırladığını, həmçinin dekabrda Moldova və Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara mümkün başlanacağını açıqlayıb.

"Moldova Aİ-yə namizəd ölkədir, bu, ölkəniz və xalqınız üçün tarixi fürsətdir və mən tam əminəm ki, bu fürsətdən istifadə etmək lazımdır və həyata keçiriləcəkdir. Rusiya Ukraynanın azad xalqına hücum etməkdə davam edir və Moldova Rusiyanın Ukraynaya qarşı apardığı müharibədən çox əziyyət çəkib. Siz getdikcə daha çox Rusiya hərbi kəşfiyyatının hədəfinə çevrilirsiniz”, - Çarlz Mişel bildirib.

Son həftələr Moldovada rusiyayönlü müxalifətin təşkil etdiyi bir neçə etiraz aksiyası keçirilib və Avropayönlü hökumətin istefası tələb olunub. Prezident Maya Sandu Rusiyanı ölkədə sabitliyi pozmağa çalışmaqda ittiham edir.

E.Axund, Oxuməni.az