Portuqaliyada müsəlman mərkəzinə hücum edilib: Ölənlər var

Portuqaliyada müsəlman mərkəzinə hücum edilib: Ölənlər var

28 Mart 2023 22:27
Bəyəndim (0) Bəyənmədim (0)

Portuqaliyadakı müsəlman dini mərkəzinə edilən hücumda iki nəfər öldü.

Oxuməni.az xəbər verir ki, bu barədə CNN Portugal telekanalı məlumat yayıb.

Əfqanıstandan olan bıçaqla silahlanmış bir adamın Lissabondakı İsmaili mərkəzinə hücum etdiyi bildirilir.

CNN Portugal qeyd edib ki, cinayət əməllərini yalnız polis hadisə yerinə gələndən sonra dayandırmaq mümkün olub. Təcavüzkar tutuldu, cinayət törətmək motivləri isə məlum deyil.

Əziz Mustafa, Oxuməni.az