DTX-nın binalarında beş partlayış baş verdi

DTX-nın binalarında beş partlayış baş verdi

28 Mart 2023 21:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Düşmən məhz mülki əhali ilə qorunur, hərbi texnikanı və kazarmaları yaşayış məhəllələrində yerləşdirir..."

"Cənubi Osetiyadan müddətli hərbi qulluqçular müqavilə əsasında Ukraynaya döyüş əməliyyatlarına göndərilir..."

Bu gün Zaporojye vilayətinin işğal altında olan Melitopol şəhərində beş güclü partlayış baş verib. Rusiya qoşunlarının olduğu mövqelər üzərində qara tüstü qalxıb.

Bu barədə "RİA-Melitopol" nəşri "Telegram-kanal"da məlumat yayıb.

Şahidlərin sözlərinə görə, "partlayış zamanı işğalçılar alt paltarında qaçaraq həyətə çıxıb və təlaş keçirib".

Melitopol şəhərinin meri İvan Fyodorov qeyd edib ki, "Rusiya Federasiyası Dövlət Təhlükəsizliyi Nazirliyi" (DTN) əməkdaşlarının yerləşdiyi binalar dağılıb.

Fyodorov "Perşiy" telekanalının efirində izah edib ki, Melitopol indi "bütöv hərbi bazaya" çevrilib.

Çox zaman düşmən məhz mülki əhali ilə qorunur-öz hərbi texnikasını və hərbçilərin kazarmalarını yaşayış məhəllərinin arasında yerləşdirir.

Dəfələrlə deyilib ki, zəbt edilən orta məktəb və ali məktəbin ərazisində həm kazarmalar, həm də "DTN" adlanan xüsusi xidmət orqanı administrasiyasının binası yerləşir.

Bu gün səhər saat 08:15-də məhz bu iki tikilidə partlayışlar baş verib. Orada rusiyalı hərbçilərin yaşadığı yataqxana, raşist DTN-nin rəhbərliyinin bilavasitə xidmət keçdiyi ofis binası yerləşir", - mer deyib.

"DTN bir neçə binada yerləşir. Rəhbərlər keçmiş ali məktəbin-Qələbənin 50 illiyi adına Zaporojye İqtisadiyyat və informasiya texnologiyalarının Melitopol bölməsinin korpusunda yerləşir. O, metal hasarla əhatəyə alınıb. Bu binalarda dağıntılar var", - bunu ukraynalı jurnalist Andrey Tsapliyenko yazıb.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bəyanatında deyilir:

"Rusiya Federasiyası çoxsaylı qurbanlara rəğmən, özünün qəsbkarlıq müharibəsindən əl çəkmir. Daima canlı qüvvə itkisini bərpa edir.

Belə ki, Cənubi Osetiyada dislokasiya olunan hərbi hissələrdən birində müddətli hərbi qulluqçularla arasında müqavilələr bağlamaq və Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak etmək üçün fəal iş aparılır", - məlumatda deyilir.

Qeyd edilir ki, 1-10 mart tarixlərində 50 rusiyalı müddətli hərbi xidmət qulluqçu müqavilə imzalayıb. "Onlar lazımi döyüş hazırlığı keçmədən Zaporojyenin Melitopol şəhərinə göndərilib", - Baş Qərargahın bəyanatında edib.moderator.az