Aİ Moldova və Ukraynanın quruma üzvlüyünü müzakirə edəcək

Aİ Moldova və Ukraynanın quruma üzvlüyünü müzakirə edəcək

28 Mart 2023 20:23
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova və Ukraynanın Avropa Birliyinə qəbulu ilə bağlı danışıqların başlanması məsələsinə dekabrda keçiriləcək icma sammitində baxılacaq.

Oxuməni.az xəbər verir ki, bunu Kişinyovda keçirilən mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

"Avropa Komissiyası tezliklə Moldova, Ukrayna və Gürcüstanın Avropa yolundakı tərəqqisinə dair hesabat dərc edəcək. Bu hesabata əsasən, hər üç ölkə ilə onların AB - yə qəbulu ilə bağlı danışıqların başlanması məsələsini qaldırmaq niyyətindəyəm,- deyə o vurğulayıb.

Mişel hələ rəsmi namizəd statusu verilməyən Gürcüstanın quruma üzv olması ilə bağlı icmanın məsləhətləşmələrə necə başlaya biləcəyini açıqlamayıb. AB-yə qəbul danışıqları illərlə davam edə bilər ki, bunu da xüsusilə 2005-ci ilin sonunda başlayan Türkiyə ilə məsləhətləşmələrin davam etməsi də bir daha təsdiq edir.

Avropa Şurasının rəhbəri onu da vurğulayıb ki, Kişinyovda iyunun 1-də Moldovanın paytaxtında keçiriləcək Avropa siyasi birliyinin sammitinə hazırlıq məsələsini müzakirə edib. Onun fikrincə, bu görüş Avropada təhlükəsizliyin artırılmasına kömək edəcək.

Əziz Mustafa, Oxuməni.az