Ekvadorda torpaq sürüşməsi nəticəsində 60-dan çox insan itkin düşüb

Ekvadorda torpaq sürüşməsi nəticəsində 60-dan çox insan itkin düşüb

28 Mart 2023 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ekvadorda torpaq sürüşməsi nəticəsində 60-dan çox insan itkin düşüb.

Oxuməni.az xəbər verir ki, təcili yardım xidmətləri Ekvadorun mərkəzində baş vermiş güclü sürüşmə nəticəsində sağ qalanların axtarışını davam etdirir. Fəlakət bölgəsində ən azı 7 nəfər ölüb, 23 nəfər yaralanıb, 60-dan çox adam itkin düşüb. Palçıq selləri Alausi kiçik And icmasında ən azı 163 evi dağıdıb.

Sakinlər yerli KİV-ə bildiriblər ki, eninin təxminən 150 metr olduğu təxmin edilən sürüşmədən əvvəl təkan eşidiblər.

Təbii fəlakət zonasına Ekvador prezidenti Gilermo Lasso baş çəkib. Rayonun su təchizatının bərpası istiqamətində işlər davam etdirilir.

Keçən yağışlardan sonra yeni sürüşmə təhlükəsi yarandığından yaxınlıqdakı ərazilərin sakinlərinin təxliyəsi barədə göstəriş verilib.

E.Axund, Oxuməni.az