Fransa Kiyevə NATO çaplı mərmi tədarükünü iki dəfə artıracaq

Fransa Kiyevə NATO çaplı mərmi tədarükünü iki dəfə artıracaq

28 Mart 2023 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Kiyevə 155 mm çaplı NATO mərmilərinin sayını iki dəfə artırmaq niyyətindədir.

Oxuməni.az xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin rəhbəri, müdafiənaziri Sebastyen Lekornu Le Figaro qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Paris Ukraynanın əks-hücumu üçün lazım olan texnikanı çatdıracaq: "155 mm - lik mərmi tədarükünü ayda 2 minə çatdırmaq üçün ikiqat artıracağıq".

Lekornu həmçinin deyib ki, Fransa yaxın gələcəkdə Kiyevə SAMP/T zenit raket kompleksi verəcək. O xatırladıb ki, İtaliya ilə birlikdə hazırlanmış bu sistemin bir neçə yüz milyon avroya başa gəlir..

Müdafiə naziri vurğulayıb ki, indi Fransanın Baş naziri Elizabet Bornla birlikdə "Ukraynaya dəstək fondunun doldurulması"məsələsi də hazırlanır ki, bundan da 200 milyon avro artıq Ukrayna üçün xərclənib.

Bu günə qədər Fransa Ukraynaya 18 özüyeriyən Caesar artilleriya qurğusu və 2 crotale zenit kompleksi batareyası göndərdi. XİN-dən bildirilib ki, AMX-10 RC tanklarının ilk partiyası yaxın vaxtlarda Ukraynaya gələcək. Paris artıq Kiyevə zirehli avtomobillər, Milan tank əleyhinə raketlər və Mistral portativ zenit raket sistemlərini təhvil verib.

Əziz Mustafa, Oxuməni.az