Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Polşaya  səfəri gözlənilir

Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Polşaya səfəri gözlənilir

28 Mart 2023 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Varşavaya səfər edə bilər, səfər elan etməyəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Radio Wnet-ə açıqlamasında bildirib.

"Düşünürəm ki,Zelenski ölkəmizə səfərə yaxın vaxtlarda gələcək, amma gəlin hadisələri qabaqlamayaq. Biz bu səfəri digər dövlət başçılarının səfərlərində olduğu kimi, tam olaraq elan etməyəcəyik. Prezident Zelenskinin vəziyyətində təhlükəsizlik səbəbi ilə bağlı səfərin vaxtı gizli saxlanılacaq və bu barədə geniş məlumat verilməyəcək",- deyə o bildirib.

Yablonskinin sözlərinə görə, Varşava və Kiyev Ukraynanın gələcəyi, Polşa tərəfinin, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə onun bərpası ilə bağlı intensiv məsləhətləşmələr aparırlar:

"Danışıqlar aparılır. İndiyə qədər nəzəri, lakin çox vacib danışıqların olduğunu söyləyə bilərik. Bu mexanizmin fəaliyyət göstərəcəyi müəyyən bir sistem yaradılır ki, bu da Ukrayna üçün Marshall planı adlanır".

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Polşa şirkətləri Ukraynanın bərpasında iştirak etməkdə çox maraqlıdırlar.

Əziz Mustafa, Oxuməni.az