Rusiyanın Belarusda nüvə silahını yerləşdirməsi Qərb üçün ciddi əhəmiyyət kəsb etmir

Rusiyanın Belarusda nüvə silahını yerləşdirməsi Qərb üçün ciddi əhəmiyyət kəsb etmir

28 Mart 2023 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın nüvə silahının Belarusda yerləşdirilməsi xüsusi əhəmiyyət kəsb etməyəcək.

Oxuməni.az xəbər verir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton CNN-in efirində deyib.

Onun fikrincə, Rusiyanın Belarusda nüvə silahının yerləşdirilməsi vacib deyil, çünki Rusiya potensialı artıq NATO ölkələri arasında yerləşən Kalininqrad vilayətindədir.

"Bura Sovet İttifaqından bəri uzun müddət Rusiya hərbi obyekti olan bir yerdir. Beləliklə, Rusiyanın artıq Kalininqrad anklavında olan imkanları ən böyük təhlükə mənbəyi hesab edilə bilər. Düşünmürəm ki, bəzi taktiki nüvə silahlarının Belarusa köçürülməsi fikri bu tarazlığı dəyişdirir" deyə Bolton bəyan edib.

Martın 25-də prezident Vladimir Putin Belarusida Rusiya nüvə silahının yerləşdirilməsini elan etdi. O bildirib ki, iyulun 1-dək Moskva qonşu respublikada taktiki nüvə silahları üçün anbar tikməyi başa çatdıracaq, lakin onun idarə edilməsini Belarus hakimiyyətinə verməyəcəklər.

Əziz Mustafa, Oxuməni.az