Tbilisidə Saakaşvili ilə bağlı etirazlar başlayıb

Tbilisidə Saakaşvili ilə bağlı etirazlar başlayıb

28 Mart 2023 13:55
Bəyəndim (0) Bəyənmədim (0)

Norveçin Mühafizəkar Partiyasının Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə demokratiya və insan hüquqları uğrunda mübarizə sahəsində mükafat verdiyinə etiraz aksiyasına onlarla insan toplaşıb.

Oxuməni.az xəbər verir ki, aksiya Tiflisin mərkəzində yerləşən Norveçin Gürcüstandakı səfirliyinin yaxınlığında keçirilir. Aksiyanın təşkilatçısı Saakaşvilinin prezidentliyi dövründə həbs edilmiş Gürcüstan Nəzarət Palatasının sabiq rəhbəri Sulxan Molaşvilinin qardaşı Tornikedir.

Aksiya iştirakçıları Norveçin Gürcüstandakı səfiri ilə görüşməyi və Saakaşviliyə mükafat verən Norveç hökuməti Mühafizəkar Partiya ilə,bağlı mövqeyi açıqlamağı tələb edirlər .

Etirazçıların fikrincə, Saakaşvilinin prezidentliyi dövründə ölkədə insan hüquqları pozulub və bundan sonra "Mixail Saakaşvili demokratiyanın işığıdır" demək yolverilməzdir.

"Biz Mixail Saakaşvilinin həbsxanaya köçürülməsini tələb edəcəyik. İndi baş verənlə- bu cəza deyil. Yadınıza salın, o zaman həbsxanalarda baş verən insanlara necə zülmlər edilirdi",- deyə Tornike Molaşvili bildirib.

Əziz Mustafa, Oxuməni.az