Makron Fransa üçün Putindən daha böyük təhlükə adlandırılıb

Makron Fransa üçün Putindən daha böyük təhlükə adlandırılıb

28 Mart 2023 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın sağçı "Vətənpərvərlər" Partiyasının lideri, Avropa Parlamentinin sabiq deputatı Florian Filippo prezident Emmanuel Makronu ölkənin təhlükəsizliyinə əsas təhlükə olmaqda ittiham edib.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, fransızlar üçün Makron Rusiya prezidenti Vladimir Putin və ya ÇXR Sədri Si Tszinpindən daha böyük təhlükədir.

Filippo ABŞ-ın keçmiş prezidenti Donald Trampın ABŞ sakinləri üçün əsas təhlükənin xarici dövlətlərdən deyil, "xəstə və radikal siyasətçilərdən"gəldiyini söyləməsindən bəhs etdi. "Eynilə, Fransada da!"- deyə fransalı siyasətçi qeyd edib.

Əziz Mustafa, Oxuməni.az