Belarus öz ərazisində Rusiyanın nüvə başlıqlarının yerləşdirilməsinə aydınlıq gətirib

Belarus öz ərazisində Rusiyanın nüvə başlıqlarının yerləşdirilməsinə aydınlıq gətirib

28 Mart 2023 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya nüvə başlıqlarının Belarus ərazisində yerləşdirilməsi nüvə silahlarının yayılmaması haqqında müqavilənin (NPT) maddələrinin müddəalarına zidd deyil və NATO-nun potensialının artması fonunda baş verir.

Oxuməni.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər nazirliyinin yaydığı məlumatda deyilir. QÜeyd edilir ki, Rusiya prezidenti Vladimir Putinin nüvə başlıqlarının respublikaya yerləşdirilməsi barədə qərarı Belarusla razılaşdırılıb və bu addım xaricdən gələn təhlükəyə qarşı atılıb.

"Minsk NATO-nun qonşu ölkələrdə potensialının artırılması fonunda təhlükəsizliyin təmin edilməsi üçün məcburi tədbirlər görür. Nüvə başlıqlarının Minskə nəzarəti təhvil vermədən Belarus ərazisində yerləşdirilməsi NPT - yə zidd deyil",- deyə məlumatda vurğulanıb.

Əziz Mustafa, Oxuməni.az