Trampın Ukrayna ilə bağlı "öz planı" var

Trampın Ukrayna ilə bağlı "öz planı" var

28 Mart 2023 12:22
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Fox xəbərləri ilə söhbətində deyib ki, Ukraynadakı müharibəni "indi" başa çatdırmaq lazımdır.

Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, hazırda ölkədə hakimiyyət "nə etdiklərini bilməyən"insanlar tərəfindən idarə olunur.

Tramp Ukraynadakı vəziyyəti bir gündə həll etməyə hazır olduğunu da təkrarladı. O qeyd edib ki, danışıqlar çox sadə olacaq. Lakin o, planının təfərrüatlarını açıqlamayıb, çünki əks halda onu həyata keçirə bilməyəcək.

"Əgər münaqişə həll olunmasa,onda hakimiyyətə gələn kimiPutin və Zelenski ilə birgə bunu özüm 24 saat ərzində həll edəcəyəm. Bu, çox sadə danışıqlar olacaq, amma mən onların nədən ibarət olacağını açıqlamayacağam, çünki bu halda planımı həyata keçirə bilməyəcəyəm" ,-deyə keçmiş Amerika lideri vurğulayıb.

Daha əvvəl Tramp Ukraynaya silah tədarük etməyə başlayan ilk şəxs olduğunu bəyan etmişdi.. O, həmçinin sələfi Barak Obamanı bu məsələ ilə bağlı Kiyevlə səmərəli işləməməkdə günahlandırıb.

Əziz Mustafa, Oxuməni.az