Netanyahu etirazlar və ümumi tətillər fonunda məhkəmə islahatlarını təxirə salır

Netanyahu etirazlar və ümumi tətillər fonunda məhkəmə islahatlarını təxirə salır

28 Mart 2023 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

İsraildə həftələrlə davam edən kütləvi etirazlardan sonra baş nazir Benyamin Netanyahu mübahisəli məhkəmə islahatlarını müvəqqəti dayandırdığını elan edib. “Mən bu iclasda ikinci və üçüncü oxunuşları dayandırmaq qərarına gəldim”, – Netanyahu Qüdsdə deyib.

Oxuməni.az xəbər verir ki, qanun layihəsi aprelin sonundan tez olmayaraq parlamentdə səsverməyə çıxarılacaq.

Günün əvvəlində ölkənin milli təhlükəsizlik nazirliyinin sözçüsü departamentin rəhbəri İtamar Ben-Qvirin baş nazir Benyamin Netanyahu ilə islahatın iyulun sonundakı parlament tətilinin sonuna qədər təxirə salınması barədə razılığa gəldiyini bildirib . Bunun müqabilində nazirliyin sözçüsünə görə, ifrat sağda olan Ben-Qvirin rəhbərlik etdiyi “milli qvardiya” yaradılacaq.

Məhkəmə-hüquq islahatları Nazirlər Kabinetinin Ali Məhkəmənin hakimlərinin seçilməsi ilə bağlı səlahiyyətlərini genişləndirməli və bu məhkəmə orqanının səlahiyyətlərini məhdudlaşdırmalı idi. Qanun layihəsi qəbul edilsəydi, hökumət faktiki olaraq hakimlərin təyinatına tam nəzarət edəcəkdi. Fevralın 20-də İsrail parlamenti qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Martın 27-də İsrail "Milli İflic Həftəsi" elan etdi, tənqidçilər bunu demokratiyaya qəsd hesab edən islahat əleyhinə bir sıra nümayişlər və tətillər keçiriblər.

Baş nazir ölkə hökumətini milli təhlükəsizliyi qorumaq üçün məhkəmə islahatlarını dayandırmağa çağıran müdafiə naziri Yoav Qalantı vəzifəsindən azad edib. "Ölkə daxilində parçalanma İsrail Müdafiə Qüvvələrinə və müdafiə strukturlarına dərindən nüfuz edib, bu, İsrailin təhlükəsizliyi üçün açıq və əhəmiyyətli təhdiddir. Mən buna icazə verməyəcəyəm" dedi. “The Jerusalem Post”un yazdığına görə, bundan sonra Netanyahu Qalantı öz yerinə çağırıb və şəxsən ona “etimadın itirilməsi haqqında” məlumat verib.

İsraildə kütləvi etirazlar yanvarın ortalarından bəri davam edir.

E.Axund, Oxuməni.az