Şirkətlərin e-poçt ünvanlarını sındıraraq pulu öz hesabına köçürüb

Şirkətlərin e-poçt ünvanlarını sındıraraq pulu öz hesabına köçürüb

28 Mart 2023 08:23
Bəyəndim (0) Bəyənmədim (0)

İstanbul İl Jandarma Komandanlığı qrupları internet üzərindən xarici şirkətlərlə ticarət edən türk şirkətlərinin elektron poçt ünvanlarını sındıraraq ödənişləri öz hesabına köçürən əcnəbi vətəndaşı yaxalayıb.
İstanbul İl Jandarma Komandanlığının Kiber Cinayətlərlə Mübarizə Şöbəsi şöbəsinə, İstanbulda fəaliyyət göstərən plastik fabrikinin ticarət etdiyi İngiltərə şirkətindən ödənişini ala bilmədiyi barədə məlumat verilib.
Bunundan sonra hərəkətə keçən jandarma qrupları ödəniş sistemini və e-poçt hesablarını təqib etdib.
Ekspertiza nəticəsində əcnəbi vətəndaş fişinq üsulu ilə xarici şirkətlərlə iş aparan türk şirkətlərinin elektron poçt hesablarını sındıraraq, biznesdə olduqları xarici şirkətlərin əmlak ofisinin hesabına yönləndirib və ödənişləri bu hesaba köçürüb, ev alqı-satqısı adı altında qurduğu şirkətdən ödənişləri oğurladıqları müəyyən edilib.
Polis şübhəlini İstanbuldakı evində yaxalayıb. Evdə aparılan axtarışlar zamanı külli miqdarda rəqəmsal tapıntılar və cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul ələ keçirilib.
İnformasiya sistemlərindən istifadə etməklə ixtisaslı oğurluq cinayətini törətdiyi müəyyən edilən şübhəli götürüldüyü məhkəmə orqanları tərəfindən tutularaq həbsxanaya göndərilib.


Murad Şahməmmədov