Neşvil-də ibtidai məktəbdə atışma: üç uşaq və üç böyük öldürüldü, təcavüzkar güllələnib

Neşvil-də ibtidai məktəbdə atışma: üç uşaq və üç böyük öldürüldü, təcavüzkar güllələnib

28 Mart 2023 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

Tennessi ştatının Neşvil şəhərində özəl xristian ibtidai məktəbində atışma nəticəsində üç uşaq və üç böyük olmaqla azı altı nəfər həlak olub.

Oxuməni.az xəbər verir ki, Polisin məlumatına görə, 28 yaşlı yerli sakin atəş açıb, onun iki yarı avtomat tüfəngi və tapançası olub, o öldürülüb. Hadisəni törədənin kimliyi və onun motivləri hələlik açıqlanmır.

Mer Con Kuper, qubernator Bill Li və ABŞ-ın birinci xanımı Cil Bayden həlak olanların ailələrinə başsağlığı veriblər.

Faciə bütün ölkədə məktəb zorakılığının baş verdiyi bir vaxta təsadüf edir. CNN-in məlumatına görə, bu, ilin əvvəlindən ölkədə baş verən 129-cu kütləvi atışmadır.

Fuad, Oxuməni.az