Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib

28 Mart 2023 08:01
Bəyəndim (0) Bəyənmədim (0)

Macarıstan Milli Assambleyası Finlandiyanın NATO-ya daxil olmasını səs çoxluğu ilə təsdiqləyib.

Oxuməni.az xəbər verir ki, Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmasına 182 deputat “lehinə”, altı deputat isə “əleyhinə” səs verib.

Eyni zamanda, Macarıstan parlamenti hakim FİDES fraksiyasının təşəbbüsü ilə İsveçin NATO-ya daxil olması məsələsinin müzakirəsini təxirə salıb.

"Biz eyni dəyərləri rəhbər tutaraq, finlandiyalı tərəfdaşlarımızla, eləcə də NATO-ya üzv dövlətlərlə birlikdə işləyirik. Finlandiyanın qoşulması NATO-nun müdafiə qabiliyyətinə, xüsusən də şimal sərhədlərində təhlükəsizlik vəzifələri ilə bağlı böyük töhfədir", - FİDES üzvü Barna Pal bildirib.

Yalnız Türkiyə Finlandiyanın NATO-ya üzvlük üçün müraciətini hələ ratifikasiya etməyib, lakin bu, yaxın günlərdə baş verə bilər. Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi ötən cümə axşamı Helsinkinin müraciətini təsdiqləyib. Ankara hələlik Stokholmun müraciətinə mane olur, terrorçu hesab etdiyi kürd fəalların və çevrilişdə iştirakda şübhəli bilinən şəxslərin ekstradisiyasını tələb edir.

E.Axund, Oxuməni.az