Polşa Rusiya casusunun həbs edildiyini açıqlayıb

Polşa Rusiya casusunun həbs edildiyini açıqlayıb

27 Mart 2023 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Polşada Rusiya casuslarının həbsi davam edir.

Oxuməni.az xəbər verir ki, bu barədə Polşanın RMF24 portalının yaydığı məlumatda deyilir.

RMF24 portalının yazdığına görə, Polşada rusiyalı casus olduğu iddia edilən şəxs saxlanılıb. Qəzet Qdansk rayon prokurorluğuna istinadlabildirir ki, xarici dövlətin vətəndaşı casusluqda təqsirli olduğunu etiraf edib və onun Rusiya xüsusi xidmət orqanlarına işə götürülməsinin şərtlərini bildirib. Nəşrin məlumatına görə, şübhəli yanvar ayından Polşadadır və martın 21-də saxlanılıb. Polşa hakimiyyəti onu 3 ay müddətinə həbs edib, onu 10 ilə qədər həbs gözləyir. İstintaqın qənaətinə görə, həmin şəxs Pomeraniya və Kuyav-Pomeraniya voyevodalıqlarında kritik infrastruktur, eləcə də təhlükəsizlik orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar da daxil olmaqla məlumatları toplayıb Rusiyaya ötürüb.

E.Axund. Oxuməni.az