Baxmut Ukrayna Ordusunun nəzarəti altındadır

Baxmut Ukrayna Ordusunun nəzarəti altındadır

27 Mart 2023 19:35
Bəyəndim (0) Bəyənmədim (0)

Baxmutdakı vəziyyət ağırdır, lakin bütün nəzarət altında qalır, ruslar hələ şəhəri almaqdan imtina etməyi planlaşdırmırlar.

Oxuməni.az xəbər verir ki, bunu üçüncü ayrı hücum briqadasının komandir müavini mayor Rodion Kudryaşov bildirib. Bununla belə onun sözlərinə görə, Baxmutda vəziyyət gərgin olaraq qalır:

"Düşmən şəhəri mühasirəyə almaq, Baxmutu ələ keçirmək və şəhəri logistik yollardan məhrum etmək niyyətindən əl çəkmir. Vəziyyət gərgin olaraq qalır, lakin Baxmut tamamilə Ukrayna Ordusunun nəzarəti altındadır. Hal-hazırda logistika yolları və şəhərə giriş-çıxışı ordumuz təmin edir. Müdafiə qüvvələri bu istiqamətdə müdafiə tapşırıqlarını uğurla yerinə yetirməkdə davam edir " deyə Kudryaşov bəyan edib.

Hərbçilər əmin edirlər ki, Ukrayna Müdafiə qüvvələri sayəsində rusların qüvvələrini tükəndirmək mümkün olub.

Əziz Mustafa, Oxuməni.az